"Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşdi

"Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşdi
İDMAN
13:11 11.03.2024
161
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda "Bayer 04"ün qonağı olacaq "Qarabağ"ın Almaniyaya səfər proqramı müəyyənləşib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan çempionunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

"Köhlən atlar" martın 12-də, saat 18:15-də Kölnə, oradan isə Leverkuzenə yollanacaq. Martın 13-də, yerli vaxtla saat 17:00-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı, 17:30-da komandanın açıq məşqçi gerçəkləşəcək.

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma martın 14-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR