"Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi

"Qarabağ"ın avrokubok heyəti: UEFA-ya rəsmi müraciət göndərildi
İDMAN
00:16 07.07.2026
925
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

AZXEBER.COM klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İslandiyanın "Vestri" klubu ilə matçlar üçün ərizədə 24 futbolçunun adı yer alıb.

Heyət iki siyahı üzrə bölünüb:

- A siyahısı (20 futbolçu):

Qapıçılar: Mateuş Koxalski, Şahrudin Məhəmmədəliyev.

Müdafiəçilər: Mateus Silva, Bruno Lanqa, Dani Bolt, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Bədavi Hüseynov.

Yarımmüdafiəçilər: Jali Muaddib, Marko Yankoviç, Joni Montiel, Abdullah Zubir, Kadi Borqes, Aleksey Kaşuk, Pedro Bikalyo, Samuel Lobato.

Hücumçular: Zakaria Savo, Kamilo Duran, Musa Qurbanlı, Renaldo Sefas.

- B siyahısı (4 futbolçu):

Qapıçılar: Teymur Həsənov, Bilal Hacıyev.

Yarımmüdafiəçilər: Hikmət Cəbrayılzadə, Əli Bəşirov.

Xatırladaq ki, "Qarabağ" və "Vestri" komandaları arasında ilk oyun iyulun 9-da Bakıda, cavab görüşü isə iyulun 16-da İslandiyada keçiriləcək.
OXŞAR XƏBƏRLƏR