"Qarabağ"ın Avropa Liqasındakı oyun təqvimi açıqlandı

"Qarabağ"ın Avropa Liqasındakı oyun təqvimi açıqlandı
İDMAN
20:24 30.08.2019
28919

"Qarabağ" klubunun Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib. 

Ağdam klubu ilk matçını sentyabrın 19-u doğma meydanda "Sevilya"ya qarşı keçirəcək. İkinci turda "Düdelanj”ın qonağı olacaq "Qarabağ" 3 və 4-cü turlarda  bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq. 

5-ci turda "Sevilya"nın qonağı olacaq Qurban Qurbanovun komandası son turda "Düdelanj"ı qəbul edəcək.

 I tur

19 sentyabr

"Qarabağ" - "Sevilya"

II tur

3 oktyabr

"Düdelanj” - "Qarabağ"

III tur

24 oktyabr

"Qarabağ" - APOEL

IV tur

7 noyabr

APOEL - "Qarabağ"

V tur

28 noyabr

"Sevilya" - "Qarabağ"

VI tur

12 dekabr

"Qarabağ" - "Düdelanj”

OXŞAR XƏBƏRLƏR