“Qarabağ”ın Avropada son şansı

İDMAN
13:55 29.08.2013
1274

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” da növbəti avrokubok matçına çıxacaq.  Ağdamlılar Almaniyada “Ayntraxt” klubu ilə görüşəcəklər. Bakıda keçirilən ilk oyunda Frankfurt təmsilçisinə 0:2 hesabı ilə məğlub olan komandamızınmərhələ adlamaq şansı azdı. Amma bunadək 2 dəfə Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran təmsilçimiz 3-cü cəhddən uğur qazanmaq iddiasındadı. 3 il əvvəl Almaniyanın digər klubu “Borussiya”ya Dortmundda 0:4, Bakıda 0:1 hesabı ilə uduzan “Qarabağ” bu dəfə digər Bundesliqa klubuna ən azı uduzmamağa çalışacaq. Almaniyalılarla oyunlardakı məğlubiyyət seriyasını qırmaqla təmsilçimiz UEFA reytinqinə də xal əlavə edə bilər. Avropa Liqası Pley-off mərhələsi, cavab oyunu 29 avqust 23:30. “Ayntraxt” (Almaniya) – “Qarabağ” (Azərbaycan) İlk oyun - 2:0 Baş hakim: Duarte Qomes Frankfurt. “Kommersbank Arena” stadionu 

OXŞAR XƏBƏRLƏR