"Qarabağ"ın azarkeşləri Bakı metrosunun kamerlarını sındırıb - FOTOLAR

"Qarabağ"ın azarkeşləri Bakı metrosunun kamerlarını sındırıb - FOTOLAR
SOSİAL
12:22 12.07.2017
1289

 

Dünən bir qrup şəxs Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən qatara 1566 saylı vaqona maddi zərər vurublar.

 

Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.

 

"Azərbaycanın "Qarabağ" və Gürcüstanın "Samtredia" futbol klubları arasında Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına stadionda keçirilən ilk oyundan çıxıb "Gənclik" stansiyasında Həzi Aslanov - Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edən metroya minən bəzi vətəndaşlar ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan 1566 saylı vaqona əllərindəki bayraqların zopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər", - deyə N.Paşayev bildirib.

 



OXŞAR XƏBƏRLƏR