"Qarabağ"ın BATE ilə oyunları canlı yayımlanacaq

"Qarabağ"ın BATE ilə oyunları canlı yayımlanacaq
İDMAN
17:46 02.08.2018
5616

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ" Belarusun BATE klubu ilə üz-üzə gələcək. 

AZXEBER.COM xəbər verir ki, Ağdam klubu ilə əldə olunan razılığa əsasən, təmsilçimizin həm ev, həm də səfər oyunu "CBC Sport"la canlı yayımlanacaq. Bu barədə kanalın rəsmi saytı məlumat yayıb.

 
 

Komandalar arasında ilk oyun avqustun 7-də Bakıda keçiriləcək. Cavab qarşılaşması isə 1 həftə sonra - avqustun 14-də Borisovda olacaq.

OXŞAR XƏBƏRLƏR