Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb

Qarabağın bərpasına xərclənmiş vəsaitin məbləği açıqlanıb
SOSİAL
17:35 30.01.2023
200

Son 2 ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına dövlət büdcəsindən 6,5 milyard manat vəsait xərclənib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, 2023-cü ildə Qarabağın bərpası və yenidən qurulması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin 3 milyard manat olması nəzərdə tutulur. Bu, 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 12,4% çoxdur.

Bu il sözügedən xərclərin büdcə xərclərində xüsusi çəkisi 9%, ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisi isə 2,8 % təşkil edəcək.


OXŞAR XƏBƏRLƏR