“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

İDMAN
15:45 23.06.2014
2031
Bu gün Çempionlar Liqasının (ÇL) I və II təsnifat mərhələlərinin püşkatma mərasimi keçirilib.
Trend xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan Premyer Liqasının 2013-2014-cü illər üzrə qalibi olan Ağdamın "Qarabağ" klubunun II təsnifat mərhələsindəki rəqibinin kimliyinə aydınlıq gəlib.
Bu, Maltanın "Valletta" komandası olub.
Aktivində 7,575 xal olan "Qarabağ" püşkatma zamanı səpələnmişlər səbətində yer alıb ki, bu da ilk dəfə ÇL-da iştirak edəcək Ağdam təmsilçisinin nisbətən zəif rəqiblə qarşılaşmasına şərait yaradıb. "Qarabağ"ın əvvəlcədən məlum olan altı potensial rəqibi sırasına aşağıda komandalar daxil idi:
"Düdelanj" (Lüksemburq)
"Stromsqodset" (Norveç)
"Sent Patriks" (İrlandiya)
"Valletta" (Malta)
"Jalgiris" (Litva)
"Rabotniçki" (Makedoniya)
Qeyd edək ki, ÇL-nın II təsnifat mərhələsinin ilk oyunlarının 15-16 iyul, cavab qarşılaşmalarının isə 22-23 iyul tarixlərində keçirilməsi planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR