"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyununun ən yaxşısı seçilib

"Qarabağ"ın futbolçusu "Ayntraxt"la oyununun ən yaxşısı seçilib
İDMAN
23:47 21.01.2026
667
UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçirilmiş "Qarabağ" - "Ayntraxt" (Almaniya) oyununun ən yaxşı futbolçusu müəyyənləşib.

AZXEBER.COM xəbər verir ki, Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran bu ada layiq görülüb.

O, sözügedən matçda 2 qol vurmaqla komandasının qələbəsinə əsas pay sahiblərindən biri olub.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:2 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR