“Qarabağ”ın futbolçusu: “Bayer 04” Avropanın ən güclü komandalarından biridir”

İDMAN
14:37 06.03.2024
137
"Bayer 04” Avropanın ən güclü komandalarından biridir. Daha çox güc sərf etməliyik”.

Bunu "Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Bakıda Almaniyanın "Bayer 04” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Müdafiəçi sabahkı matçda baxımlı futbol üçün əllərindən gələni edəcəklərini bildirib. Təcrübəli oyunçu Portuqaliya təmsilçisi "Braqa” ilə əvvəlki raunddakı qarşılaşmanı xatırlayıb:

"Sonuncu qoldakı ötürmə bir anda verilən qərar idi. Nəriman Axundzadənin boş olduğunu gördüm. Şükürlər olsun ki, hakim matçı dayandırmadı. Bu, komandamızın qələbəsidir”.

Hüseynov kollektivdə ab-havanın yaxşı olduğunu vurğulayıb:
"Klub üçün çəkilən film mənim xoşuma gəldi. Hər kəs "Qarabağ”ın mahiyyətini görməlidir. Bu, oyunçulara yaxşı motivasiya verdi”.

Bədavi Hüseynov Julio Romao və Elvin Cəfərquliyevin cəzalı olmasına da toxunub:

"Komandamızın futbolçularının keyfiyyəti yüksəkdir. Onları yaxşı əvəz edəcəklər və bacarıqlarını göstərməyə çalışacaqlar”.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” - "Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.
 
\Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:37 12.02.2025

HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasını müzakirə etmək üçün Qahirəyə gedib

20:24 12.02.2025

Böyük Britaniya fələstinli ailəyə Ukrayna sxemi üzrə sığınacaq verib

20:10 12.02.2025

"Arsenal"ın hücumçusu mövsümü erkən başa vurub

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ