"Qarabağ"ın futbolçusu Məhəmməd Salah və Kilian Mbappenin nailiyyətini təkrarlayıb

"Qarabağ"ın futbolçusu Məhəmməd Salah və Kilian Mbappenin nailiyyətini təkrarlayıb
İDMAN
10:15 02.10.2025
146
"Qarabağ" klubunun yarımmüdafiəçisi Abdullah Zubir avrokuboklarda nadir göstəriciyə imza ataraq, dünya futbolunun ulduzları ilə bir sırada yer alıb.

33 yaşlı fransalı oyunçu UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Kopenhagen"ə qarşı keçirilən matçda fərqlənməklə bu uğura nail olub.

Zubir bununla son 8 mövsüm ərzində avrokubokların əsas mərhələsində ardıcıl olaraq qol vuran 6 futbolçudan birinə çevrilib.

Onunla bərabər bu siyahıda "Real Madrid"in hücumçusu Kilian Mbappe, "Bavariya"nın forvardı Harri Keyn, "Liverpul"un ulduzu Məhəmməd Salah, "İnter"in kapitanı Lautaro Martines və "Atletiko Madrid"dən Antuan Qrizmann da yer alır.

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının II turunda "Kopenhagen"i Tofiq Bəhramov adına Respublika stadionunda 2:0 hesabı ilə məğlub edib.
OXŞAR XƏBƏRLƏR