"Qarabağ"ın futbolçusu millinin heyətindən çıxarıldı

İDMAN
11:17 06.09.2024
203
"Qarabağ" klubunun futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin heyətindən çıxarılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Buna müdafiəçinin zədələnməsi səbəb olub.

Qeyd edək ki, Azərbaycan yığması ötən gün Millətlər Liqasının I turunda Bakıda İsveçə uduzub - 1:3.

Milli sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR