'Qarabağ'ın futbolçusu qələbədən sonra sevgilisiylə - FOTOLAR

İDMAN
11:29 23.07.2014
3115

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab görüşündəki "Qarabağ"ın möhtəşəm qələbəsinin ardından Ağdam klubunun aparıcı üzvü Reynaldo sevgilisi Monike Brito ilə Bakı Bulvarına gəzintiyə çıxıb.Futbolçu "facebook" sosial şəbəkəsində paylaşdığı fotoda: "Sevgim mənə uğurlar verdi. Onun mənim yanımda olduğu üçün Allaha çox şükür" - qeyd edib.

Qeyd edək ki, Reynaldo Malta klubunun qapısına bir qol vuraraq, ilk hissədən sonra əvəzlənmişdi.

OXŞAR XƏBƏRLƏR