"Qarabağ"ın futbolçusunun bədənindəki döymələrin sirri – ölən qızı haqda imiş

"Qarabağ"ın futbolçusunun bədənindəki döymələrin sirri – ölən qızı haqda imiş
İDMAN
17:24 02.04.2019
5556
Martın 31-də 30 yaşı tamam olan "Qarabağ”ın haitili müdafiəçisi Donald Gerye ölkəsinin mətbuatına danışıb.

Qol.az xəbər verir ki, təcrübəli futbolçu bədənindəki döymələrin mənasını açıqlayıb.

Onun inancları 

Sağ əlinin kənarındakı qadın rəsmi Haiti mədəniyyətinin bir parçasını və Geryenin dini baxışlarını əks etdirir. Donald deyir ki, Tanrıya, onun mərhəmətinə inandığı üçün bu şəkili qoluna döydürüb.

Övladları

Gerye bədənində həmçinin 2017-ci ildə dünyasını dəyişən qızı Miya Manettin xatirəsini əbədiləşdirib. Sağ qolundakı rəsmin ətrafında olan ulduzlar əbədiyyat anlamı daşıyır. Futbolçunun sinəsində ötən ilin sonunda dünyaya gələn oğlu və digər qızının da adları var.

Ailəsi

Donaldın bədənində onun ailə üzvləri - bacıları və anası Manett Geryenin də adları həkk olunub. Gerye bu 3 nəfərin onun üçün hər şey demək olduğunu deyir.

Oynadığı böyük turnirlər


Sağ qolundakı ulduzlar onun futbolçu kimi qazandığı uğurları və 3 böyük turnirdəki (Çempionlar Liqası, Avropa Liqası və Amerika Kuboku) çıxışını təcəssüm etdirir.

Haitinin öz yeri var


Onun bədənindəki döymələrdən biri də Haitinin xəritəsidir. Hansı ki, orada futbolçunun anadan olduğu Port-A-Piment şəhəri xüsusi qeyd olunub.

Brendi


Gerye 2014-cü ildə təsis etdiyi "DG77” brendini də bədəninə tatu etdirib. Bu şəkil onun sağ əlindədədir.

Təbiət


Futbolçunun sol qolunda bulud döyməsi var ki, bu da təbiəti təcəssüm etdirir. Boynundakı qartal şəkli isə onun meydandakı döyüşkənliyini nümayiş etdirir. Sinə əzələləri arasındakı ürək rəsmi isə Donaldın futbola olan sevgisindən xəbər verir.

Gerye sinəsindəki üçbucaq döymələrinin mənasını isə açıqlamayıb.
OXŞAR XƏBƏRLƏR