"Qarabağ"ın hücumçusu Benzia gecəyə damğasını vurdu - Türkiyə mətbuatı ondan danışır

İDMAN
12:42 14.08.2024
496
Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstan təmsilçisi "Ludoqorets"i 7:2 hesabı ilə məğlub edib.
 
AZXEBER.COM xəbər verir ki, "Qarabağ” ilk oyunda 2:1 hesabı ilə uduzduğu halda, cavab görüşündə 90 dəqiqədən sonra 3:2 hesabı ilə öndə olub və matç əlavə vaxta gedib.
 
Əlavə vaxtda 4 qol vuran "Qarabağ" 7:2 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
 
Bir müddət "Fənərbaxça" və "Hatayspor"da da çıxış edən "Qarabağ"ın əlcəzairli futbolçusu Yassine Benzia 2 qol və 1 məhsuldar ötürmə ilə
gecəyə damğasını vurub.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın "Dinamo Zaqreb" komandası ilə qarşılaşacaq. İlk oyun avqustun 20 və ya 21-də Xorvatiyada, cavab oyunu isə avqustun 27 və ya 28-də Azərbaycanda keçiriləcək. Bu görüşdə qalib gələn komanda Çempionlar Liqasının qrup mərhələsinə yüksələcək.
 
Günel

OXŞAR XƏBƏRLƏR