"Qarabağ"ın kapitanı fəxri adla təltif olundu

İDMAN
22:46 26.09.2022
384
Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Maksim Medvedev "İdman ustası" fəxri adına layiq görülüb.

Gənclər və İdman Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, 33 yaşlı müdafiəçiyə müvafiq vəsiqə və döş nişanını nazir Fərid Qayıbov təqdim edib.

Qeyd edək ki, təcrübəli oyunçu 2006-cı ildən "Qarabağ"da çıxış edir.
OXŞAR XƏBƏRLƏR