“Qarabağ”ın legioneri Norveç klubuna keçir

“Qarabağ”ın legioneri Norveç klubuna keçir
İDMAN
18:20 13.03.2026
143
"Qarabağ”ın futbolçusu Kris Kuaku karyerasını Norveçdə davam etdirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçinin Norveçin "Sarpsborq” klubuna keçidi ilə bağlı razlıq əldə olunub.

Fildişi Sahilindən olan oyunçu artıq tibbi müayinədən keçib və rəsmi müqavilə imzalayacaq.

Qeyd edək ki, Kris Kuaku 2025-ci ilin yayında "Qarabağ”a transfer olunmuşdu.
OXŞAR XƏBƏRLƏR