"Qarabağ"ın Macarıstana səfər planı açıqlandı

"Qarabağ"ın Macarıstana səfər planı açıqlandı
İDMAN
15:13 07.08.2022
277
UEFA Çempionar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarsıtanda "Ferentsvaroş"la qarşılaşacaq "Qarabağ"ın səfər planı bəlli olub.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" avqustun 8-də Budapeştə yollanacaq. Komanda saat 10:30-da Heydər Əliyev Beynəlxalq Aeroportundan Macarıstan paytaxtına uçacaq.

Həmin gün Bakı vaxtı ilə saat 20:40-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq "Ferentsvaroş" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk matçda qalib müəyyənləşməyib - 1:1.
OXŞAR XƏBƏRLƏR