2019/20 mövsümünün qalibi "Qarabağ”a çempionluq kuboku və qızıl medalların təqdimatı mərasimi ləğv edilib.
AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyası səbəbindən bu gün saat 21.00-da "Azərsun Arena”da keçirilməsi nəzərdə tutulan tədbir baş tutmayacaq.
Medallar yalnız klubun bazasında və məhdud sayda şəxslərin iştirakı ilə təqdim ediləcək.