"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki oyununun tarixi və məkanı bəlli olub.
AzxeberSport-un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, avqustun 26-da baş tutacaq görüş I təsnifat mərhələsində olduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
20:00-da start götürəcək matçda Azərbaycan çempionunun rəqibi bu gün keçiriləcək "Şerif” (Moldova) – "Fola” (Lüksemburq) cütünün qalibi olacaq.