Xəbər verdiyimiz kimi, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda bu gün Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gələcək.
"Qarabağ”ın oyunlarına verdiyi proqnozları düz çıxan tanınmış bloger Elçin Lənbəranski AZXEBER.COM-a açıqlamasında deyib ki, Qarabağın qələbə qazanacağını düşünür:

"Bu oyun bir az çətin olacaq, amma "Qarabağ”ın qalib gələcəyinə inanıram. Hesabın 2:0 Qarabağın xeyrinə olacağını düşünürəm”.
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də baş tutacaq.










































