"Qarabağ"ın UEFA Avropa Liqası II təsnifat mərhələsinin ÇSKA (Sofiya) ilə keçirəcəyi ilk matçın hakim təyinatları açıqlanıb.
AZXEBER.COM xəbər verir ki, Bakıda keçiriləcək oyunu İtaliyadan olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi Daniele Çiffi olacaq. Ona yan xətlərdə Covanni Baççini ilə Alessandro Lo Çiçero köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Perentsoni yerinə yetirəcək. VAR-da Valeryo Marini, AVAR-da isə Federiko La Penna əyləşəcək.
Qeyd edək ki, "Qarabağ" - ÇSKA qarşılaşması 23 iyul tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
//apa











































