“Qarabağ”ın oyununa biletlər tükənir

İDMAN
13:16 20.08.2013
1447

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində avqustun 22-də, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriıəcək "Qarabağ" - "Ayntraxt" matçına bilet satışı davam edir.

Artıq sözügedən oyun üçün 20 min biletin satıldığı bildirilir. 

Ölkənin bir nömrəli arenası 31 min azarkeş tutumuna malikdi və bu satışın oyun gününə kimi davam edəcəyi gözlənilir

Xatırladaq ki, qarşılaşma saat 21:00-da start götürəcək.//idmanxeber.com

OXŞAR XƏBƏRLƏR