"Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix”i ilə evdə keçirəcəyi oyunun biletlərinin hamısı satılıb. AZXEBER.COM xəbər verir ki, bu haqda Ağdam klubunun Baş meneceri Asif Əsgərov məlumat yayıb. O, biletlərin tamamilə satıldığını deyib. Xatırladaq ki, matç bu gün saat 20:00-da başlayacaq. Komandalar arasında cavab görüşü isə bir həftə sonra İsveçrədə olacaq.