“Qarabağ”ın oyununa getmək istəyənlərin nəzərinə - Biletlər satışda

“Qarabağ”ın oyununa getmək istəyənlərin nəzərinə - Biletlər satışda
İDMAN
21:17 01.08.2015
1206
Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya) qarşılaşmasının biletləri sabahdan satışa çıxır.
AZXEBER.COM-un Qafqazinfo-ya istinadən məlumatına görə, 5 Avqust, saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionununda keçiriləcək mücadilənin biletlərini oyunun keçiriləcəyi arenanın kassalarından əldə edə bilərsiz.Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1-10 azn arası dəyişir:13,14,15,16 sektor - 10 AZN12 və 17 sektor - 8 AZN11 və 18 sektor - 6 AZN10 və 19 sektor - 5 AZN8,9 və 20,21 Sektor - 3 AZN5-7, 22-24 sektor - 2 AZN1-4 , 25-27 sektor 1 AZN29 və 38 Sektor 10 AZNVİP- 50 AZNQeyd: Ötən qarşılaşmada biletlərin qeyrli-leqal dövriyyəsinin qarşısı almaq üçün biletlərin mərhələli satışı həyata keçirilmişdi. Bu dəfə isə qiymətlər sektorlar üzrə fərqli olduğuna görə kassalarda sərbəst satış həyata keçiriləcək. Bu səbəbdən kassaya yaxınlaşıb istədiyiniz yerə bilet ala bilərsiniz.Qarşılaşmaya olan marağı nəzərə alaraq 30 000 biletin erkən tükənmə ehtimalı yüksəkdir. Ona görə kassaya yaxınlaşın və biletinizi almağa tələsin.Kassaların çalışma saatları: 10:00 – 20:00.
OXŞAR XƏBƏRLƏR