“Qarabağ”ın oyununa görə metropolitenin iş rejimi dəyişdiriləcək

“Qarabağ”ın oyununa görə metropolitenin iş rejimi dəyişdiriləcək
İDMAN
18:23 30.09.2025
251
Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.

Sabah "Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. "Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək.

Ehtiyat tədbirlər "28 May” və "Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Sərnişin axınının intensivliyinə əsasən zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

Ümumilikdə, gün ərzində Bakı metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminin qrafikinə uyğun hərəkət edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İrəvanda partlayış baş verib, yaralılar var
20:36 30.09.2025
İrəvanda partlayış baş verib, yaralılar var
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
20:30 30.09.2025
Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
20:29 30.09.2025
Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk
Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
20:26 30.09.2025
Prezident: Aİ ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik
İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb
20:24 30.09.2025
İlham Əliyev İtaliya Prezidentinin TAP layihəsinin icrasındakı rolunu açıqlayıb
Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik - İlham Əliyev
20:21 30.09.2025
Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik - İlham Əliyev
"İtaliyanın Azərbaycana dəstəyini bu gün də hiss edirik" - İlham Əliyev
20:19 30.09.2025
"İtaliyanın Azərbaycana dəstəyini bu gün də hiss edirik" - İlham Əliyev
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır - Prezident
20:16 30.09.2025
Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır - Prezident
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
20:13 30.09.2025
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış edirlər
“Kopenhagen”in baş məşqçisi: “Qarabağ”a hörmətlə yanaşırıq
19:58 30.09.2025
“Kopenhagen”in baş məşqçisi: “Qarabağ”a hörmətlə yanaşırıq
Türkiyədə TIR-la avtobus toqquşub, 20 nəfər yaralanıb
19:26 30.09.2025
Türkiyədə TIR-la avtobus toqquşub, 20 nəfər yaralanıb
Qızıl medal alan Oqtay Hüseynov bu məşhurun nəvəsi imiş
19:13 30.09.2025
Qızıl medal alan Oqtay Hüseynov bu məşhurun nəvəsi imiş
Qəzza planı HAMAS-a təqdim edilib
19:11 30.09.2025
Qəzza planı HAMAS-a təqdim edilib
Türkiyə Qəzza üzrə vasitəçilik iclasına qatılacaq
19:00 30.09.2025
Türkiyə Qəzza üzrə vasitəçilik iclasına qatılacaq
Pakistanda terror aktı olub, 10 ölü, 30-dan çox yaralı var
18:50 30.09.2025
Pakistanda terror aktı olub, 10 ölü, 30-dan çox yaralı var
CAR səfiri Parisdə özünü otelin 22-ci mərtəbəsindən ataraq öldürüb
18:38 30.09.2025
CAR səfiri Parisdə özünü otelin 22-ci mərtəbəsindən ataraq öldürüb