"Çempionlar Liqasının II təsnifat mərhələsinin "Qarabağ" - "Sürix" oyunundan sonra mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir".
AZXEBER.COM xəbər verir ki, bu haqda "Qarabağ" futbol klubu məlumat yayıb.
Qeyd edək ki, "Qarabağ" - "Sürix" oyunu bu gün saat 20:00-da başlayacaq.