Dünən "Qarabağ”ın "Şerif”i 3:0 hesabı ilə məğlub etdiyi oyundan sonra media sektorundan paylaşılan fotolar tənqidlərə tuş gəlib.
AZXEBER.COM xəbər verir ki, fotonu jurnalist Xəyal Azəroğlu sosial şəbəkədə paylaşıb və qeyd yazıb:
"Niyə ərəbləri pinti olmaqda ittiham edirsiz? Niyə öz gözünüzdə tiri görməyib başqa gözdə çöp axtarırsız? Bu foto "Qarabağ" - "Şerif" matçından sonra çəkilib. Media və qonaq sektorunda əyləşən izləyicilərin özlərindən sonra qoyub getdikləri izdi..."