"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi - Qurban Qurbanova görə

"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi - Qurban Qurbanova görə
İDMAN
15:56 30.11.2018
4547
Azərbaycan Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

AZXEBER.COM xəbər verir ki, "Qarabağ” klubunun müraciətini, "Keşlə” klubunun razılıq məktubunu nəzərə alan PFL turun "Qarabağ” - "Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib. Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Dəyişikliyin səbəbi "Qarabağ”ın və Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.
OXŞAR XƏBƏRLƏR