"Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində keçirilən sonuncu oyunda "Liverpul"a 6:0 hesabı ilə məğlub olsa da, ilk 24-lükdə qalaraq pley-off mərhələsinə yüksəlib.
AZXEBER.COM xəbər verir ki, "Qarabağ" Avropanın 24 ən güclü klubundan biri olmaqla mübarizəni davam etdirəcək!
Azərbaycan futbol tarixində ilk dəfə "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində mübarizə aparacaq.
"Qarabağ” pley-offdakı rəqibi isə ya İngiltərənin "Nyukasl”, ya da Fransanın "PSJ” klubu olacaq
Püşk sabah atılacaq.











































