“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq

“Qarabağ”ın qapıçısı Polşa millisinə çağırılacaq
İDMAN
20:21 17.03.2026
224
"Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa millisinin qarşıdakı toplanışına dəvət alacaq.

AZXEBER.COM xəbər verir ki, "TVP Sport" kanalının yaydığı xəbərdə bildirilir ki, 26 yaşlı qolkiper yığmanın baş məşqçisi Yan Urban tərəfindən DÇ-2026-nın pley-off mərhələsinin oyunları üçün heyətə daxil ediləcək 4 qapıçıdan biri olacaq.

Qeyd edək ki, martın 26-da Polşa milli komandası yarımfinalda Albaniya milli komandası ilə üz-üzə gələcək. Polşalılar qalib gələcəyi təqdirdə, finalda Ukrayna - İsveç cütünün qalibi ilə dünya çempionatına vəsiqə uğrunda mübarizə aparacaq. Həlledici görüş martın 31-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR