'Qarabağ'ın qələbəsi sosial şəbəkələrdə necə qarşılandı?

İDMAN
12:30 02.08.2013
2763

“Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qefle”yə qalib gəlməsi sosial şəbəkələrdə əks-səda doğurub.

AZXEBER.COM-un məlumatına görə, tanınmış idman jurnalistlərindən sıravi “Qarabağ” azarkeşlərinə kimi hər kəs Ağdam klubunun uğuruna sevinib.

Emin Abbasov (“Qarabağ”ın baş koordinatoru)

Bu gün çox çətinlik çəkdik. Sanki bəxt bizdən üz döndərmişdi. Sonda istədiyimiz qolu vurduq və xalqımıza qələbə sevincini yaşatdıq. Bravo, "Qarabağ"! Bravo, Qurban Qurbanov!

Nurlan İbrahimov (“Qarabağ”ın mətbuat katibi)

“Pyast”ı keçərkən dəyərli Pərvin Kazımoğlunun ad günü idi. Bugün isə mübaliğəsiz Azərbaycan idman jurnalistikasının gəlmiş-keçmiş ən unikal şəxsiyyəti Natiq Muxtarlının doğum günü idi. Bu gün “Qarabağ”ın dəyərli dostumuza qələbə hədiyyə edəcəyinə əmin idim..

Raqif Zeynallı

Reynaldoo!! Gözlərimizi yaşartdın!

Adil Qarabağlı

Bayrağımı götürüb mən getdim stadiona. Siz də gəlin! Azərbaycan, Qarabağ naminə. Bu gün birlikdə olmalıyıq!

Resad Memmedov

Bu sevinci kəlmələrlə ifadə etmək olmur. Çox sağ ol “Qarabağ”! Gözümüz aydın..

ŞükürCavad(“İmarət” fanklubununtəsisçisi)

Həqiqətən düz fikirdir ki, bəzən insan sevdiyi varlığa öz sevgisini ifadə etməyə söz tapa bilmir. Bax mən hazırda həmin vəziyyətdəyəm. Nə yaxşı ki, Qarabağlıyıq! Səhəri dünənki qələbənin ləzzətiylə açmaq necə də gözəldir, Allahım...

Vüsalə Məmmədova

Qooooooooooooooollllllllllllllllll!!!!!!!!!!! QA-RA-BAAAAAAAĞĞĞĞĞĞ!!!!!!!!!P.S. Tez-tez Qarabağ qışqırmalı, yadırğamamaq üçün

Sahib Əlfəz

Ömrümdən ömür getdi! Çox şükür, “Qarabağ”ın qələbə topu gəldi!

Günel Rusman (futbol agenti)

Haydi “Qarabağ”ım... Haydi Qurban Qurbanov .... Qələbə... Qələbə!..

Ceyhun Məmmədov

Keçən il hamı "Neftçi"li idi, indi isə "Qarabağ"lı!

Rəşad Ergün (“Komanda” qəzetinin baş redaktoru)

Dünən izlədiyim "Qarabağ" nəinki öz tarixinin, ümumilikdə Azərbaycan futbolunun bu günə qədər olan ən güclü komandasıdı. 

Natiq Muxtarlı ("Komanda" qəzeti)

Dünən evdəkilər ad günü üçün hazırladıqları tortu kəsmək üçün saat 12-yə qədər gözləməli oldular. "Qarabağ"ın oyunu ad günüdən daha əhəmiyyətliydi. Dünən həqiqətən böyük hədiyyə aldım. Amma təkcə mən yox, bütün azarkeşlər. Təşəkkürlər "Qarabağ"!

OXŞAR XƏBƏRLƏR