"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib

"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib
İDMAN
21:09 16.12.2025
172
"Qarabağ"ın qış hazırlıq planı müəyyənləşib.

AZXEBER.COM bu barədə kluba istinadən xəbər verir.

Belə ki, Ağdam klubunun 2025/26 mövsümünün ikinci hissəsinə hazırlığı iki mərhələdən ibarət olacaq.

Misli Premyer Liqasının XVI turunun "Qəbələ" ilə dekabrın 21-də baş tutacaq oyunundan sonra istirahətə buraxılacaq futbolçuları 2026-cı ilin yanvarın 3-də bir araya gələcəklər. Hazırlıq prosesinin Bakıda gerçəkləşəcək hissəsi yanvarın 10-dək davam edəcək.

"Qarabağ" yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərində yerləşən Belek bölgəsindəki "Gloria Sports Arena"da təlim-məşq toplanışını davam etdirəcək.

Komanda toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Qarşılaşmaların yanvarın 12-də və 16-da keçirilməsi planlaşdırılıb. Rəqib komandaların adları hələlik müəyyənləşməyib.

Qeyd edək ki, komandamız yeni ildə ilk rəsmi matçını yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt"a qarşı keçirəcək.
OXŞAR XƏBƏRLƏR