"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer etdi

İDMAN
19:28 14.09.2022
382
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhəlsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u heyətinə daha bir ulduz futbolçu qatıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Pirey təmsilçisi Xames Rodrigeslə anlaşıb. 32 yaşlı yarımmüdafiəçi bu gün Afinaya gedəcək.

Son olaraq Qətərdə "Əl Rayyan" komandasının formasını geyinən kolumbiyalı oyumçu İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klublarının da şərəfini qoruyub.

"Olimpiakos" daha əvvəl braziliyalı Marselo ilə müqavilə imzalayıb. "Qarabağ" bu rəqibə qarşı ilk oyununu oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
OXŞAR XƏBƏRLƏR