"Qarabağ"ın rəqibi "Molde"ni yaxından tanıyaq

"Qarabağ"ın rəqibi "Molde"ni yaxından tanıyaq
İDMAN
15:10 31.08.2020
797
Xəbər verdiyimiz kimi, Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi Norveçin "Molde" klubu olub.

AzxeberSport Norveç klubu haqda araşdırma aparıb. 

"Molde" ölkəsinin ən köklü klublarından biridir. 1911-ci ildə iyunun 19-da fəaliyyətə başlayan MFK ev oyunlarını "Aker" stadionunda keçirir.  Arenanın ümumi tutumu 11249 nəfərdi. 

Molde şəhərinin təmsilçisi Norveç çempionatında 4 dəfə çempion olub. "Göy-ağlar" 2011, 2012, 2014 və 2019-cu illərdə liqada qələbə sevinci yaşayıblar. Klub 4 dəfə ölkə kubokunu baş üzərinə qaldırıb. 1994, 2005, 2013 və 2014-cü illərdə Norveç kubokunun sahibi olublar. 

Klubun hazırkı prezidenti Odd İvar Moen, baş məşqçisi isə Erqlinq Moedir. 25 nəfərlik heyətin ümumi dəyəri 12,85 milyon avrodur. Komandanın yaş ortalaması 26-dır. 

"Molde" Norveç çempionatında 17 turdan sonra 34 xalla 2-ci pillədə qərarlaşıb. Komandanın ən sərrast futbolçusu Leke Ceymsdi. Nigeriyalı forvard çempionatda rəqiblərini 9 dəfə məyus edib. "Molde"nin ən bahalı futbolçusu vinqer Eyrik Hestaddı. Onun hazırda qiyməti  1 milyon avrodur. 

Klub əsasən meydana 4-2-4-1 taktiki sxemi ilə çıxır. 

Yeri gəlmişkən, "Qarabağ" tarixində cəmi bir mərhələdə Norveç klubları ilə qarşılaşıb. 2009-cu ildəki "Rusenburq"la qarşılaşmalarda Qurban Qurbanovun komandası səfərdə 0:0 etmiş, Bakıda isə 1:0 hesablı sensasiyalı qələbə ilə mərhələ adlamışdı. Məhz bu qələbə Ağdam klubunun Avropadakı uğurlu oyunlarının başlanğıcı olmuşdu.

OXŞAR XƏBƏRLƏR