"Qarabağ"ın rəqibi nə vaxt bəlli olacaq?

"Qarabağ"ın rəqibi nə vaxt bəlli olacaq?
İDMAN
14:53 27.08.2020
549

Çempionlar Liqasında III və IV təsnifat mərhələlərinin püşkatma mərasimlərinin vaxtları  bəlli olub. 

AzxeberSport-un məlumatına görə, avqustun 31-də keçiriləcək III təsnifat mərhələsi və ertəsi gün baş tutacaq pley-offun püşkatmasının başlama saatı dəqiqləşib.

Azərbaycan çempionu "Qarabağ”ın növbəti rəqibinin bəlli olacağı ilk tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Avqustun 31-də UEFA-nın İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirində Çempionlar yolunun 5, Liqa yolunun 3 cütü müəyyənləşəcək.

Sentyabrın 1-də pley-offun püşkatması olacaq. Bu mərasim də eyni saatda başlayacaq. Bakı vaxtı ilə saat 14:00-dakı tədbirdə Çempionlar yolunun 4, Liqa yolunun 2 cütü bəlli olacaq.
 
"Qarabağ”ın yer aldığı cütün mümkün rəqibi də müəyyənləşəcək.
OXŞAR XƏBƏRLƏR