"Qarabağ"ın rəqibi stadionunu vaksinasiya mərkəzinə çevirib

"Qarabağ"ın rəqibi stadionunu vaksinasiya mərkəzinə çevirib
İDMAN
18:27 16.08.2021
681
"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Şotlandiya "Aberdin"i ev oyunlarını keçirdiyi "Pittodri" stadionunu vaksinasiya mərkəzinə çevrilib.

AZXEBER.COM klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gündən arenada peyvəndləmə məntəqəsi fəaliyyət göstərəcək. Bu, ölkədə vaksinasiyanı stimullaşdırmaq və peyvənd olunanların sayını artırmaq məqsədi daşıyır.

Qeyd edək ki, "Qarabağ"la "Aberdin"lə ilk oyununu avqustun 19-da Bakıda, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək.
OXŞAR XƏBƏRLƏR