xari

Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib

DÜNYA
16:27 02.12.2020
461
Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib

Demokrat Co Bayden gələcək administrasiyasının İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının  üzvlüyünə qayıtması üzərində işləməyə hazır olduğunu təsdiqləyib.

Siyasətçi müvafiq açıqlamanı "The New York Times”a müsahibəsində verib.

Seçiləcəyi təqdirdə ABŞ-ın İranla nüvə anlaşmasında iştirakına qayıtması mövqeyinə sadiq qalıb-qalmadığı barədə suala Bayden belə cavab verib:

"Bu, asan olmayacaq, amma, bəli”.

O, Tehranın nüvə inkişafına nəzarət edəcək bir razılaşmanı bölgədə sabitliyin təmin edilməsi üçün ən yaxşı vasitə hesab etdiyini vurğulayıb.

"Əks təqdirdə Səudiyyə Ərəbistanı, Türkiyə, Misir və regionda digər ölkələrin nüvə silahı yaratmağa çalışacağı bir vəziyyət yarana bilər. Dünyanın bu hissəsində nüvə potensialını artırmaq istədiyimiz ən son şeydir”, - deyə o bildirib.

OXŞAR XƏBƏRLƏR