Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Roma” bəd xəbər alıb.
AZXEBER.COM Apasport.az-a istinadən xəbər verir ki, "canavarlar”ın zədəli futbolçusu Konstantinos Manolas sıraya deyilən vaxtdan bir qədər də gec dönəcək.
Belə ki, həkimlər yunanıstanlı müdafiəçinin bərpa prosesinin uzanacağını bildiriblər. Manolasın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Romalılar 26 yaşlı futbolçunun noyabrın 5-də "Fiorentina” ilə keçiriləcək matça hazır olacağına ümid edirlər.
Qeyd edək ki, "Napoli” ilə çempionat matçında zədələnən Manolas 59-cu dəqiqədə Federiko Fazio ilə əvəzlənmişdi