"Qarabağ"ın rəqibini yaxından tanıyaq

İDMAN
16:30 07.08.2015
2225

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərəhləsindəki rəqibini tanıdı.

İdmanxeber.com-un məlumatına görə, rəqib İsveçrənin tanınmış komandası "Yanq Boyz" klubudu.

Gümüş mükafatçı, uğursuz çıxış...

Əsası 1898-ci ildə qoyulan "Yanq Boyz" ötən mövsümü İsveçrə Superliqasında ikinci pilləni tutaraq Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanıb. İlk mərhələdəcə rəqib Fransanın "Monako" komandası olub. Öz meydanında 1:3 hesabı ilə məğlub olan isveçrəlilər Fransada darmadağınla üzləşiblər - 0:4.

Komanda ev oyunlarında "sarı-qara", səfər də isə "ağ-qara" forma ilə çıxış edir.

İstər ÇL-də iki oyunun cəmindəburaxılan 7 qol, istərsə də bitən mövsümdə 36 oyunda qapısında 45 qol görməsi"Gənc oğlanlar"ın müdafiə xəttinin etibarlı olmadığını isbatlayır.

Komanda ev oyunlarını 31 min 783 tamaşaçı tutumuna malik "Vankdorf" arenasında keçirir.

"Qarabağ" kimi...

"Yanq Boyz" da "Qarabağ" kimi ötən mövsüm Avropa Liqasının qrup mərəhləsində çıxış edib. Komanda "Slovan", (Slovakiya", "Debreçen" (Macarıstan) və "Sparta" (Çexiya) kimi klublarla bir qurpda yer alıb. Maraqlıdır ki, isveçrəlilər bu qrupda sadəcə Paraqa "Sparta"sına öz meydanında uduzub. 1/16 finala yüksələn komandanın qarşısını "Napoli" kəsib.

Komandnaın heyətində 9 fərqli ölkədən futbolçu çıxış edir. Komandanın əsas qol silahı fransalı forvard Gilerme Hoaraudu. `99` nömrəli forvard son mövsüm komandasının heyətindəı meydana çıxdığı 22 oyunda 16 qol vurub.

OXŞAR XƏBƏRLƏR