“Qarabağ”ın rəqibləri bəlli oldu

“Qarabağ”ın rəqibləri bəlli oldu
İDMAN
17:18 04.07.2024
266
"Qarabağ” yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək. 

AZXEBER.COM xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Ağdam təmsilçisinin məskunlaşacağı Tirol şəhərində 4 yoldaşlıq oyunu nəzərdə tutulub.

Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi "Kayzerslauten” (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan "Viktoriya” (Plzen) klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR