"Qarabağ"ın sabiq futbolçusunun övladı vəfat etdi - FOTO

"Qarabağ"ın sabiq futbolçusunun övladı vəfat etdi - FOTO
İDMAN
14:55 28.07.2022
478
Hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçakın oğlu Olivier dünyasını dəyişib.

AZXEBER.COM xəbər verir ki, bu barədə futbolçu özünün rəsmi instaqram hesabında məlumat verib. O, bildirib ki, körpə İsraildəki özəl xəstəxanaların birində vəfat edib.

1 yaşlı Olivierə qaraciyər xərçəngi diaqnozu qoyulubmuş.

Qeyd edək ki, 36 yaşlı futbolçu 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.
 

 


OXŞAR XƏBƏRLƏR