"Qarabağ"ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarıldı

"Qarabağ"ın səfər oyunu üçün əlavə biletlər satışa çıxarıldı
İDMAN
19:24 19.08.2022
260
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu üçün satışa əlavə biletlər çıxarılıb.

AZXEBER.COM Plzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 420 Çexiya kronu (təxminən 30 manat), ən bahalı biletlər isə 890 Çexiya kronudur (təxminən 62 manat).

Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda qolsuz heç-heçə qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR