‘Qarabağ’ın vitse-prezidenti UEFA-ya rəhbərlik ilə görüşə yola düşür

İDMAN
06:52 14.12.2014
1243

Şikayət olunacaq.

Avropa Liqasının VI oyun günündə baş tutmuş “Qarabağ” – “İnter” (İtaliya) oyunun 90+4-cü dəqiqəsində baş verən olay bütün ictimayyəti şoka saldı.

AZXEBER.COMklubun saytına istinadən xəbər verir ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl bu məsələ biganə qalmayaraq əldə olan bütün sübutlarla birgə UEFA-ya şikayət məktubu yazılmasını tələb edib.

Tələbə uyğun olaraq məktub yazıldı və UEFA-ya göndərildi.

Bundan başqa, “Qarabağ”ın başqanı Tahir Gözəl İsveçrəyə getməyə hazırlaşır.

O, UEFA-dan gələcək cavab əsasında İsveçrəyə gedib lazımi şəxslərlə “Qarabağ”ın hüquqularını qorumaq üçün görüşlər keçirəcək. Artıq “Avropa Liqası” yarışının direktoru Giorgi Marchetti ilə görüş günü təyin edilib.

Xatırladaq ki, “Qarabağ” və “İnter” qarşılaşmasında oyunu idarə edən çexiyalı hakimlər briqadası Riçard Almeydanın vurduğu qolu hesaba almayınca oyun 0:0 baş çatdı.

Nəticədə qrupda 6 xal toplayan komandamız 3-cü sırada qərarlaşaraq yarışla vidalaşdı. Baş vermiş olaydakı haqsızlıq ictimayyətə böyük təzyiq yaradıb. Son dəqiqədə 1/18 finaldan kənarda qalmağımız hər kəsin üzüntüsünə səbəb olub.

Qeyd edək ki, UEFA-nın mənzil qərargahı İsverçənin Nyon şəhərində yerləşir.

OXŞAR XƏBƏRLƏR