xari

Qarabağla bağlı razılaşma regionda uzunmüddətli sülhün təmininə xidmət edəcək - Qazaxıstan prezidenti

SİYASƏT
15:53 02.12.2020
272
Noyabrın 10-da Qarabağla bağlı əldə olunmuş razılaşma regionda uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcək.

AZXEBER.COM Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) onlayn iclası zamanı deyib.

O bildirib ki, bu razılaşma tarixi sənəddir:

"Prezident Vladimir Putinin Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vasitəçiliyi yüksək qiymətə layiqdir. Rusiyanın fəal iştirakı ilə əldə olunmuş razılaşma yaranmış vəziyyətdə yeganə düzgün həll yolu idi".

OXŞAR XƏBƏRLƏR