"Qarabağ"la oyunda yaratdığımız qol epizodlarını reallaşdırmalı idik" - Belaruslu futbolçu

"Qarabağ"la oyunda yaratdığımız qol epizodlarını reallaşdırmalı idik" - Belaruslu futbolçu
İDMAN
13:58 15.08.2018
4486
"Nəticədən razıyam. Qələbə üçün bizə bir qol çatmadı. Hərçənd, yaratdığımız qol epizodlarını reallaşdırmalı idik. Bununla belə, növbəti mərhələyə yüksəldik və mövsüm üçün tapşırıqlardan birini yerinə yetirdik".

AZXEBER.COM Report-a istinadən xəbər verir ki,bunu Belarusun BATE komandasının futbolçusu Yevgeni Yablonski "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab matçından sonra deyib.

Bakıda bir cavabsız qolla qalib gəldiyi üçün pley-offa vəsiqə qazanan Borisov təmsilçinin 23 yaşlı müdafiəçisi azarkeşlərə minnətdarlıq edib. O, ÇL-də bütün görüşlərin çətin keçdiyini söyləyib: "Azarkeşlər bizə əlavə güc verirdi. Dəstəyə görə hamısına təşəkkür edirəm. Onlar layiq olduqları bu qələbəni uzun müddətdir gözləyirdilər. "Qarabağ"a, yoxsa II təsnifat mərhələsində məğlub etdiyimiz Finlandiya HİK-inə qarşı oynamağın daha çətin olduğunu deyə bilmərəm. Seçim etmək çətindir - tamamilə fərqli oyunlar oldu. Finlandiyalılarla da çətin idi. Xüsusən də səfərdə. Prinsipcə, ÇL-də asan oyun olmur".

Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək. Ağdam təmsilçisi pley-offda "Şerif" (Moldova) - "Valür" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR