"Qarabağlısansa, get sərhəddə dayan, İrəvanın mərkəzində nə gəzirsən? - VİDEO

"Qarabağlısansa, get sərhəddə dayan, İrəvanın mərkəzində nə gəzirsən? - VİDEO
SOSİAL
13:42 07.04.2021
426
Ermənistan paytaxtı İrəvanda erməni ilə Qarabağdan olan gənc dava edib. 
 
AZXEBER.COM xəbər verir ki, bu haqda video sosial şəbəkələrdə yayılıb.
 
Erməni kişi Qarabağdan gələn gənc oğlana qapaz vuraraq ona "Qarabağlısansa, onda get sərdəddə dayan, İrəvanın mərkəzində nə gəzirsən? Get burdan!" deyərək qovub. Erməni gənc isə pərt olaraq yoluna davam edib. Ətrafdakılar kişini sakitləşdirərək aranı düzəltməyə çalışıblar. Bu an araya girən erməni qadın Azərbaycan dilində "Neynirsən, ayə?" deyərək onu kənara itələyib. Onun İrəvanın mərkəzində Azərbaycan dilində danışması isə hər kəsi təəccübləndirib. Yerli media yazır ki, ermənilər arasında yaşanan bu ayrı seçkilik hazırki hakimiyyətin siyasətindən sonra gözlənilən idi.

BAKU TV-nin mövzu ilə bağlı süjetini təqdim edirik:

OXŞAR XƏBƏRLƏR