Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Uçkeken kəndində baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb.
Bu barədə Milli Antiterror Komitəsi məlumat yayıb.
Bildirilib ki, hüquq-mühafizə orqanları Uçkeken kəndində əməliyyat-axtarış tədbiri keçirən zaman cinayətdə şübhəli bilinən şəxs özünü partladıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları yaralanıb. Mülki vətəndaşlar arasında xəsarət alan olmayıb.
///report