Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA

Qaraçuxurda manyak peyda olub? - RƏSMİ AÇIQLAMA
SOSİAL
16:59 07.04.2025
325
Məktəb ətrafında bir nəfərin neqativ hərəkətləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan və ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli AZXEBER.COM-a bildirib ki, həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib.

Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib.

"Tərəflər verdikləri izahatda bunun anlaşmazlıq olduğunu bildiriblər", - Lumu İsrəfilli qeyd edib.
OXŞAR XƏBƏRLƏR