Qaradağda minik avtomobili maneə çırpılması nəticəsində 1 nəfər öldü

Qaradağda minik avtomobili maneə çırpılması nəticəsində 1 nəfər öldü
SOSİAL
10:29 09.06.2024
110
Bakının Qaradağ rayonunda minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsində bir nəfər ölüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin gündəlik xronikasında bildirilib.

"Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı maneəyə çırpılması müəyyən olunub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

"Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, – xilasedicilər diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR